Moskvada gənc şairlərin I festivalı keçirildi

media-hightechnic-468x90

1418570404_1418569311_11Moskva Millətlər evində Azərbaycan mədəniyyətinin inkişafı və intibahı fondu ( AMİİF) və Ümumrusiya Azərbaycanlıalır Konqresinin (ÜAK) təşkilatçılığı Gənc şairlərin birinci festivalı keçirilib.

Moskvadakı yaradcı, istedadlı gənclərin tapılıb üzə çıxarılması və diasporanın fəaliyyətinə cəlb edilməsi məqsədiylə keçirilən festivala çox sayda gənc şair qatılıb. Gənc şairlərin I Festivalını AMİİF-in sədri Şamil Tağıyev açaraq, bu tədbirin keçirilməsi ideyasından söz açıb.

“Bu gün yaşadığımız cəmiyyətdə yaradıcı gənclərimizin bizə, bizim də onlara ehtiyacımız var. Buna görə istedadlı gənclərimizi tapıb üzə çıxartmaq və onların yaradıcılığa ruhlandırmaqdan ötrü bu silsilədən olan festival və müsabiqələr keçirmək vacibdir”.

ÜAK adından konqresin məsləhətçisi, şərqşünas alim Manaf Ağayev çıxış edərək ədəbiyyatın xalqın həyatında və formalaşmasında rolundan danışıb.

“Ədəbiyyat hər zaman inkişafın təkanverici qüvvəsi olub. Bu funksiyanı daşıyan ədəbiyyatın istedadlılarının yolunda yaşıl işıq yandırmaq bizlərə düşür. Onları buna ruhlandırmaq lazımdır”.

Festivalda iştirak edən 14 gənc şairin şeirləri “Şəhriyar” ƏMC-nin sədri Vasif Məmmədov, Azərbaycan yazıçılar birliyinin üzvü, şair Sultan Mərzili, tarix elmləri doktoru, Beynəlxalq yazıçılar assosiasiyasının üzvü Əşrəf Hüseynli, şair, rəssam, Azərbaycan və Rusiya Yazıçılar birliyinin üzvü Maya Bədəlbəylidən ibarət olan münsiflər heyətinin ciddi və obyektiv sınağından keçib.

Sonra gənc şairlər özlərinin ən yaxşı saydığı şeirlərindən oxuyublar. Münsiflərin süzgəncindən keçib ələndikdən sonra festivalın 3 qalibinin adı açıqlanıb.

Münsiflər heyətinin yekdil rəyiylə 1-ci yerə Radion Radioniv, 2-ci yerə Salman Mehdiyev, 3-cü yerə isə Dişad Zülfüqarova layiq görülüblər.

Qaliblər diplom və medalla təltif olunublar. (meydan-plus.com)

1418570347_1418569737_18 1418570361_1418569673_17

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600