!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mafioz atalarını öldürən erməni qızlar azadlığa buraxılır?

!Reklam – Yazi

İstintaq atalarını xüsusi amansızlıqla qətlə yetirmiş 3 qızın azadlığa buraxılmasına çalışır.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, Moskvada öz qızları – Krestina, Angelina və Mariya tərəfindən qətlə yetirilmiş kriminal reputasiyalı Mixail Xaçaturyanın öldürülməsi ilə bağlı cinayət işinin istintaqı ittiham olunanların azadlığa buraxılmaları üçün Basman rayon məhkəməsinə vəsatət göndərib.

Məlumata görə, müstəntiqlərin qətldə şübhəli bilinən şəxslər barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsinə dair müraciətinə sözügedən məhkəmədə sabah baxılacaq.

Qeyd olunur ki, Rusiyanın Cinayət-Prosessual Məcəlləsinə əsasən, şübhəli şəxslər barəsində seçilən tədbir çərçivəsində bir sıra hərəkətlərin qadağan olunması onların üzərinə müəyyən öhdəliklər, o cümlədən, müstəntiqin və məhkəmənin çağırışına riayət etmək öhdəliyi qoyur. Həmin məhdudiyyətlər isə məhkəmə tərəfindən müəyyən edilir.

Xatırladaq ki, Xaçaturyan öz qızları tərəfindən iyulun 29-da qətlə yetirilib. Qızlar avqustun 2-də həbs ediliblər və onlar barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti sentyabrın 28-də başa çatır.

www.yenicag.az

5231
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv