Moskvanın qərbində oğurluqda şübhəli bilinən şəxs 3 polis əməkdaşını yaralayıb.
Yeniçağ.Az APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş Polis İdarəsindən bildiriblər.
“Əməliyyat tədbirləri zamanı oğurluqda şübhəli bilinən şəxs təslim olmaq tələbinə tabe olmayaraq silahlı müqavimət göstərib. Nəticədə 3 polis əməkdaşı yaralanıb, onlara müvafiq tibbi yardım göstərilib. Cinayətkar mənzillərin birində gizlənib. Onun yaxalanması istiqamətində zəruri tədbirlər görülür”, məlumatda deyilir.
Qeyd edək ki, bundan əvvəl silahlı insident nəticəsində iki mülki şəxs və iki polis əməkdaşının yaralandığı bildirilirdi.
Yeniçağ.Az
www.yenicag.az