Moskva vilayətinin İstra şəhər məhkəməsi 54 yaşlı azərbaycanlı Vahid Sarıyevi dörd il həbsə məhkum edib. Yenicag.az anspress-ə istinadən xəbər verir ki, Sarıyev qanunsuz silahlı formalaşmada iştirakda ittiham olunub.
Aparılan istintaq nəticələrinə görə, Vahid Sarıyev 2013-cü ilin sonunda Suriyaya gedərək burada İŞİD terror qruplaşmasının sıralarına daxil olub.
“Türkiyəyə gəldim, İstambulda idim. Tanımadığım insanlar 25 dollara sərhədi keçməyə kömək etdilər”,- deyə Sarıyev bıldirib. Artıq Rəqqa şəhərində Vahid Sarıyev hərbi ixsisas alıb. Burada ona ümumqoşun döyüşü, partlatma işi və yaralanmalar vaxtı ilkin tibbi yardımın göstərilməsi metodları öyrədilib.
İki il ərzində 54 yaşlı Vahid terrorçular tərəfində vuruşub. Ancaq 2015-ci ilin başlanğıcında o, Moskva vilayətinə – yaşadığı İstra şəhərinə qayıtmağa qərar verib. Qayıdışın səbəbi kimi Sarıyev döyüşlərdən yorğunluğunu bildirib.
“Sonra qayıtdım. Yoruldum yəqin bundan. İstraya tanışım gilə gələdən 20 gün sonra məni saxladılar”, -deyə keçmiş döyüşçü əlavə edib. Vahid Sarıyev öz günahını boynuna alıb və istintaqla saziş bağlayıb. Rusiyada terrorçuluğla mübarizəyə ciddi diqqət yetirildiyindən onu beş ildən on ilə qədər azadlıqdan məhrum olunması gözləyirdi, ancaq nəticədə onu dörd il iki aya məhkum ediblər.
https://youtu.be/N2Td1cU6pzU
www.yenicag.az