Moskvadan SƏRT REAKSİYA: "Paşinyan çox sürətlə Zelenskinin yolunu gedir" - FOTO

media-hightechnic-468x90

Moskva Paşinyanın Avropa Parlamentindəki çıxışını tamamilə təxribat kimi qiymətləndirib.

Yenicag.az xəbər verir ki, bu barədə TASS-a yüksək rütbəli mənbə bildirib. Mənbənin sözlərinə görə, onlar Moldova kimi Ermənistanı da ikinci Ukraynaya çevirməyə çalışırlar.

Moskva hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan fəal şəkildə Ukrayna prezidenti Volodimir Zelenskinin yolunu davam etdirir.

“Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını, xüsusən də Rusiya və Rusiya-Ermənistan münasibətləri ilə bağlı tamamilə məsuliyyətsiz və təxribat xarakterli çıxış kimi qiymətləndiririk.

Biz görürük ki, Moldovanı  2 nömrəli Ukrayna saysaq, Ermənistan 3 nömrəli Ukraynaya çevirməyə çalışırlar və Paşinyan sürətli addımlarla Volodimir Zelenskinin yolu ilə gedir”, – deyə mənbə bildirib.

Xuraman Etibarlı

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600