Moskvanın qorxunc "Ermənistan ssenarisi": Generalların həbsi xaosu dayandıracaqmı?

media-hightechnic-468x90

“Rusiya Qarabağdan qaçmış generallar vasitəsilə Ermənistanda xaos yarada bilər; Paşinyan bunun qarşısını almaq üçün qabaqlayıcı addımlar atır”.

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Xəqani Cəfərli Ermənistanın “İravunk” nəşrinin Nikol Paşinyanın Qarabağdan qaçmış “general”ları həbs etməyə hazırlaşması ilə bağlı yaydığı xəbəri şərh edərkən bildirib.

Politoloqun fikrincə, bu addımı müharibədəki məğlubiyyətə görə “haqq-hesab” kimi dəyərləndirmək yanlışdır:

“Qarabağdan qaçmış və Ermənistanda mənzillənmiş bu şəxslər Cənubi Qafqazda Rusiyaya ən çox bağlı olan insanlardır. Bunu Paşinyan da bilir. Rusiya ilə gərgin münasibətlərdə olan Paşinyan bu şəxslərin yarada biləcəyi təhlükəni aydın görür. Rusiya onların vasitəsilə Ermənistanda xaos yaratmağa cəhd edə bilər. Ola bilsin ki, rəsmi İrəvanın əlində bu barədə konkret kəşfiyyat məlumatları var və qabaqlayıcı addımların atılması zərurəti yaranıb”.

X. Cəfərli Rusiyanın bölgədəki niyyətlərinə də diqqət çəkib:

“Hər kəs bilməlidir ki, Rusiya son nəfəsinə kimi Ermənistanda hakimiyyət dəyişikliyi etmək və münaqişəni yenidən alovlandırmaqla Cənubi Qafqazı öz təsir dairəsinə qaytarmaq niyyətindən əl çəkməyəcək. Heç kim Rusiyanın bu qorxunc oyununda iştirak etməməlidir”.

Xatırladaq ki, Ermənistanın “İravunk” qəzeti yaxın günlərdə Qarabağdan qaçmış və Ermənistanda mənzillənmiş “general”ların kütləvi şəkildə həbs olunacağını yazıb.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05