!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moskvaya bomba xəbərdarlığı bu ölkədən gəldi - 15 ticarət mərkəzində təxliyə - YENİLƏNDİ

!Reklam – Yazi

Rusiyanın paytaxtı Moskvada 12 ticarət mərkəzinə bomba qoyulması barədə anonim zəngin  Ukraynadan gəldiyi məlum olub.

Yenicag.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Verilən məlumatda bildirilib:  “Bütün telefon zəngləri Ukraynada qeydiyyatdan keçmiş bir telefon nömrəsindən edilib. Zəng edənin şəxsiyyəti araşdırılır”.

Qeyd edək ki, ölkənin Daxili İşlər Nazirliyi bütün ticarət mərkəzlərinin yoxlanıldığını, məlumatın yalan olduğunu açıqlayıb.

***

15:38

Rusiyanın paytaxtı Moskvada 15 ticarət mərkəzində 4,5 mindən çox insan təxliyə aparılır.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, buna həmin ticarət mərkəzlərinə bomba qoyulması barədə anonim zəng səbəb olub.

Polis həmin mərkəzlərdən insanları çıxardıqdan sonra axtarış əməliyyatlarına başlayıb.

Anonim zənglərin mənbəyi ilə bağlı araşdırma da aparılır.

Qeyd edək ki, Rusiyada son terror hadisəsi xəbərdarlığı ötən ilin payızında baş vermişdi. Minlərlə ticarət mərkəzi, dəmir yolu stansiyası və digər obyektlərdən təxminən 350 min nəfər evakuasiya olunmuşdu.

COP29

www.yenicag.az

14110
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv