Reklam: High Technic
hightechnic

“Mosul bir ay ərzində İŞİD terrorçularından təmizlənəcək”

İraqın ikinci böyük şəhəri olan Mosulun İŞİD terror təşkilatından azad edilməsi əməliyyatı bir ay ərzində başa çatacaq.

Yeniçağ.Az xəbər verir ki, bunu Beyrutda Livan prezidenti Mişel Aun ilə görüşdən sonra İraq xarici işlər naziri İbrahim əl-Cəfəri bildirib.

İraq xarici işlər naziri İraqın İŞİD terrorçularından tam azad ediləcəyi günün yaxınlaşdığını vurğulayıb.

Qeyd edək ki, Mosulun İŞİD terrorçularından azad edilməsi əməliyyatına keçən il oktyabrın 17-də başlanıb. İndiyə qədər Mosulun şərq hissəsi terrorçulardan təmizlənib. (APA)

Yeniçağ.Az

www.yenicag.az

65