MTN akademiyasında kütləvi qovulma – Mahmudova yaxın adamlara daha bir zərbə

media-hightechnic-468x90

eldarmahmudovesas285“MTN işi”nə görə keçmiş Milli Təhlükəsizlik Nazirliyində və Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki ixtisarlardan sonra Milli Təhlükəsizlik Akademiyasında da islahatlara start verilib.

media-banner_tkm

Vəzifələrindən azad olunan və həbs edilən yüksək vəzifəli keçmiş MTN-çilərin övladlarının və qohumlarının akademiyadan xaric edilməsinə başlanılıb. Məlumata görə, artıq keçmiş MTN-çilərlə qohumluq əlaqəsi olan 10-dan çox tələbə akademiyadan xaric edilib.

Məlum olub ki, qovulan tələbələrin bir qismi akademiyaya qeyri-qanuni yolla qəbul olunub, digər qismi isə imtahan nizam-intizam qaydalarını pozduqları üçün akademiyadan çıxarılıb.

Xatırladaq ki, ötən il oktyabrın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub. Bundan sonra MTN-də ciddi kadr islahatları aparılmağa başlanıb. Bir sıra yüksək vəzifəli MTN-çilər vəzifələrindən azad olunub. İşdən çıxarılan MTN-çilərdən əksəriyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə səlahiyyətlərini aşma faktları ilə həbs olunublar.

Ötən il dekabrın 14-də isə MTN ləğv edilib. Prezident Milli Təhlükəsizlik Nazirliyinin əsasında iki qurum yaradılması barədə fərman imzalayıb.(Aznews)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05