Mübahisəli adada hərbi təlim QALMAQALI: Yaponiya Rusiyaya etiraz etdi

Yaponiya hökuməti mübahisəli ərazi saydığı İturup adasında hərbi təlim keçirən Rusiyaya etirazını bildirib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Katsunobi Katonun bəyanatında qeyd olunub.

Bildirilir ki, Rusiyanın Müdafiə Nazirliyi Yaponiyanın öz ərazisi saydığı İturup adasında avqustun 26-29-da hərbi təlim keçirəcək. Katonun sözlərinə görə, Rusiya sentyabrın 13-17-də adada atış təlimləri təşkil edəcək.

“Biz Rusiyaya öz etirazımızı bildirmişik və belə təlimlərin qəbulolunmazlığını diqqətə çatdırmışıq”, – deyə Katonun bəyanatında deyilib.

Xartırladaq ki, Yaponiya hazırda Rusiyanın nəzarətində olan Kunaşir, Şikotan, İturup və Xaboman adalarını öz ərazisi sayır.