Mübariz Qurbanlı Ağcabədidə vətəndaşları qəbul edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində Ağcabədi, Ağdam, Bərdə və Tərtər rayonlarından olan vətəndaşları qəbul edib.
Yenicag.az azadinform-a istinadən xəbər verir ki, qəbulda vətəndaşlar əsasən məscidlərin tikintisi və təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini kitabların və ləvazimatların satışı üçün mağazaların lisenziyası, yerlərdə dini qurumların vəziyyəti və digər məsələlərlə bağlı müraciət ediblər.
İyirmi nəfərədək vətəndaşı qəbul edən Dövlət Komitəsinin sədri bir sıra müraciətləri yerindəcə həll edib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara çatdırılmaq məqsədilə qeydiyyata alınıb.
Vətəndaşlar yaradılan şəraitdən razılıqlarını bildirib, bölgələrdə bu cür qəbulların təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.