!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mübariz Qurbanlı dindarlarla görüşüb

!Reklam – Yazi

83806Bu gün Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Suraxanı rayonunda dini icmaların nümayəndələri ilə görüş keçirib.
Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İ.Abbasov görüşün əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu, dini icmaların gələcək fəaliyyəti baxımından böyük önəm kəsb edir.

DQİDK-nın Bakı şəhəri üzrə şöbə müdiri Anar Kazımov çıxış edərək rayondakı dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı geniş məlumat verib.

M.Qurbanlı çıxış edərək bildirib ki, Azərbaycanda dinlərarası münasibətlər, tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin düzgün təbliği, ənənəvi dindarlıq anlayışının və ölkəmizin tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə, dövlətçilik və vətənpərvərlik məfhumları bu gün dini icmalarımızın fəaliyyətində əsas xətt olmalıdır.

Çıxış edən din xadimləri- Qaraçuxur qəsəbə məscidinin imamı Qurban Əliyev, Qaraçuxur qəsəbə məscidinin axundu Mirfətta Fəttayev son vaxtlarda Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirdiklərini söyləyiblər.

Sonda M.Qurbanlı tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb. (qafqazinfo.az)

www.yenicag.az

579
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv