Müctəba Xamneyinin "yarımçıq" rəhbərliyi: İranda iplər kimin əlindədir?

media-hightechnic-468x90

“Məsud Pezeşkianın vəzifəsi hazırda formal xarakter daşıyır”.

media-banner_tuq

Bu iddianı Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

media-3_61730812756-1

Politoloq atəşkəs dövründə İranı real olaraq kimin və hansı qüvvələrin idarə etdiyini geniş izah edib:

“Əli Xamneyi hakimiyyətinin son dönəmlərində xəstəliyi və yaşının gətirdiyi səbəblərlə tədricən nəzarəti itirirdi. Nəticədə SEPAH-ın mövqeyi daha da gücləndi. İnqilaba xidmət edən SEPAH artıq öz mövcudluğu üçün rejimdən istifadə etməyə başlayıb. Bu vəziyyəti Osmanlı dönəmində sultanlığa böyük xidmətləri olmuş “yeniçərilərin” tədricən dövləti ələ keçirməsi və əksər strukturlara hökm etmək qabiliyyəti qazanması ilə müqayisə edə bilərik. Tarixdə hərbi elitanın tədricən inqilabın əsas idarəetmə mexanizminə çevrilməsi halları həmişə baş verir.

Əli Xamneyinin ölümündən sonra ciddi problem yaşandı. Yeni Ali Lider seçilənə qədər müvəqqəti idarəetmə mövcud idi, lakin Müctəba Xamneyinin seçilməsi çoxsaylı suallar yaratdı. O, “mərcei-təqlid” statusunda olan şəxs deyil Ali Dini Rəhbər olmaq üçün dini təhsili və dərəcəsi yetərli deyil. Hətta qardaşı bu sahədə ondan daha üst səviyyədədir. Digər namizəd isə Xomeyninin nəvəsi idi, lakin sonda Müctəba Xamneyi seçildi. Onun rəhbər seçilməsi onu deməyə əsas verir ki, SEPAH artıq İranda iqtidarı tam ələ keçirib. Baxmayaraq ki, bu rəsmən açıqlanmır, İranda gizli hərbi çevriliş baş tutub və Ali Rəhbər SEPAH-ın əli ilə təyin edilib”.

Politoloq qeyd edib ki, Müctəba Xamneyinin səhhəti ağırdır:

“Yeri gəlmişkən, yeni Ali Liderin səhhəti yaxşı deyil. Raket zərbəsi ilə yaralanıb və hərəkət funksiyaları məhduddur. Bu baxımdan, ölkəni onun yerinə birbaşa SEPAH idarə edir”.

Turan Rzayev Məsud Pezeşkianın “formal prezident” statusunda qaldığını bildirib:

“İranda hazırda hakimiyyətdə formal olaraq qalan yeganə şəxs Məsud Pezeşkiandır. O, SEPAH-ın idarəetməsini sıradan çıxarmağa çalışsa da, bunun üçün gücü yetərli deyil. Müctəba Xamneyi rəsmən Əli Xamneyinin varisi kimi Ali Dini Lider seçilsə də, real hakimiyyət SEPAH-ın əlində cəmləşib”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05