Müdafiə naziri istefa verib

media-hightechnic-468x90

458110428-1024x682_420x250ABŞ-ın müdafiə naziri Çak Hegel iki illik vəzifəsindən sonra istefa edib. ABŞ prezidenti Barak Obama, artıq, ölkənin müdafiəsi üzrə dövlət katibinin ərizəsini qəbul edib.

Çak Hegel onu əvəz edəcək şəxsin təyinatına qədər bu vəzifənin icrasına davam edəcək. Prezident Obama Ç.Hegellə iki illik birgə fəaliyyətindən məmnunluğunu ifadə edib və onu ölkənin müdafiə naziri kimi uğurlu kadr adlandırıb.

Məlumata görə, vəzifədən ayrılmağı Çak Hegel özü istəyib və prezidentlə bunu müzakirə etdikdən sonra qərarını qətiləşdirib. Agentliyin əldə etdiyi məlumata görə, onların hər ikisi Pentaqona yeni rəhbərin təyin edilməsi məsələsində ortaq fikrə gəliblər.

Bildirək ki, 68 yaşlı respublikaçı Çak Hegel Vyetnam müharibəsi veteranıdır. O, Ağ Evin “İŞİD” və Suriya hökumətinə qarşı yürütdüyü siyasətə görə, kəskin tənqidlərə məruz qalıb.

Ç.Hegeli əvəz edəcək əsas namizədlərdən birinin Mişel Florney olacağı ehtimal edilir. Əgər təyin edilərsə ölkənin ilk qadın müdafiə naziri olacaq M.Florney Barak Obamanın prezidentliyinin ilk üç ilində Pentaqonun Siyasi şöbəsinin müdiri vəzifəsində çalışıb. Hazırda isə, o, Pentaqonda Amerikanın Yeni Təhlükəsizlik siyasəti mərkəzinin icraçı direktoru vəzifəsində çalışır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600