“Bütün hallarda təmasların davam etdirilməsi, müzakirələrin aparılması lazımdır”.
Bu fikirləri Rusiya, Türkiyə, İran və Suriyanın müdafiə nazirlərinin aprelin 25-də Moskvada baş tutan görüşünün mümkün nəticələrini dəyərləndirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, adları çəkilən ölkələrin müdafiə nazirlərinin görüşü Suriya böhranının həllinə yol açmayacaq:
“Moskvada təşkil olunan görüşlə bağlı birbaşa onu deyə bilərəm ki, aparılan müzakirələrin hər hansı müsbət nəticəsinin olacağını düşünmürəm. Bunun da əsas səbəbi budur ki, həmin ölkələrin arasında mövcud olan ziddiyyətlər çox dərindir.
Rusiya, Türkiyə və İranın Suriyada hərbi iştirakı odur ki, hərəsi ölkənin bir hissəsinə faktik nəzarət edir. Onların hər biri Suriyadakı mövcudluğunu özünün təhlükəsizliyi ilə əlaqələndirir və bu məsələdə güzəştə getmək istəmirlər. Belə bir vəziyyətdə hansı müsbət nəticədən danışmaq olar?
Ancaq bütün hallarda təmasların davam etdirilməsi, müzakirələrin aparılması lazımdır. Çünki müzakirələrin gedişində müəyyən ortaq nöqtələrin tapılması və onların üzərində böhranın həllinə istiqamətlənmiş addımların atılması daha realdır”.
A.Zeynalov
www.yenicag.az