!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müdafiə sənayesində məhsul istehsalı həcmi 6,7 dəfə artıb

!Reklam – Yazi

“Azərbaycanda müdafiə sənayesi müəssisələrinin sayı 58-ə, istehsal məmulatlarının çeşidi 1200-ə çatıb, ümumi məhsul istehsalının həcmi 6,7 dəfə, müdafiə təyinatlı məmulatların həcmi 42 dəfə artıb”.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun “Azərbaycan” qəzetində çıxan məqaləsində qeyd olunub.

“Ötən illərdən icrasına başlanılmış, tikinti işləri başa çatdırılan 56 istehsal müəssisəsi ilə yanaşı, cari ilin iyununda, Silahlı Qüvvələr günü ərəfəsində daha 2 istehsalat müəssisəsində kompleks tamamlanma işləri başa çatdırılıb və Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Bununla da istifadəyə verimiş istehsal müəssisələrinin sayı 58-ə çatdırılıb”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, qeyd olunan istehsal müəssisələri lazım olan müasir texnoloji avadanlıqlarla təchiz edilib və eləcə də inkişaf etmiş ölkələrin şirkət və firmalarından alınmış dəzgah, xüsusi cihaz və alətlərlə komplektləşdirilib.

“Ötən illərdə olduğu kimi, cari ildə də Müdafiə Sənayesi Nazirliyi tərəfindən qarşıya qoyulan vəzifələrin icrası təmin edilmişdir. 2017-ci ilin istehsal proqramı üzrə Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən verilmiş sifarişlərə uyğun olaraq məmulatların istehsalı, təmiri və utilizasiyası işləri yerinə yetirilmiş və onların təhvili həyata keçirilir. Hazırda nazirliyin müəssisələrində məhsul istehsalı həcminin artırılması üçün geniş imkanlar mövcuddur.

Cari ilin 11 ayının yekunlarına görə respublikanın güc strukturlarına təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1 faiz artıb. Müdafiə və xüsusi təyinatlı məmulatların istehsal həcmində ötən ilin müvafiq dövrünə nisbətən 6,5 faiz artım əldə olunub. Bu artım ixrac əməliyyatları hesabına təmin edilib. İstehsal olunan ümumi məhsulun tərkibində həmin məmulatların payı 91,5 faiz təşkil edir”, – deyə məqalədə qeyd olunur.

Nazir bildirb ki, 2007-ci illə müqayisədə 2016-cı ildə ümumi məhsul istehsalının həcmi 6,7 dəfə, müdafiə təyinatli məmulatların həcmi isə 42 dəfə artıb. Ümumilikdə, istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı artaraq 213-dən 1200-ə çatıb.

www.yenicag.az

2607
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv