!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müddətli müqavilə ilə işə qəbul olan müəllimlərin NƏZƏRİNƏ

!Reklam – Yazi

Bu gün saat 18:00-dək ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanan namizədlər zəruri sənədləri yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib ki, namizədlər zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd 3×4 formatında fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

Vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Xatırladaq ki, sentyabrın 5-7-də keçirilən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib. Vakansiya seçimi mərhələsində uğur qazanan 1 306 namizəd müddətli müqavilə ilə işləmək imkanı əldə edib.

www.yenicag.az

223
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv