Müəllim 10 yaşlı şagirdi avtomobillə vurub

media-hightechnic-468x90

a319f586acd4049522680b2bc6b38b66Ağdaş rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Ağdaş şəhərində qeydə alınıb.

Ağdaş Dövlət Hümanitar Kollecinin tarix müəllimi Rəcəb Vəliyev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 2006-cı il təvəllüdlü Həsənov Mehdi Bəhruz oğlunu vurub.

Orta məktəbin 5-ci sinif şagirdi olan Mehdi Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində uşağı xilas etmək mümkün olub. Hazırda məktəblinin uşaq travmatologiya şöbəsində müalicəsi davam etdirilir.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600