Müəllim borca görə özünü asdı

media-hightechnic-468x90

76619Ağcabədi rayonunda orta məktəb müəllimi özünü asıb.

Yenicag.az anspress-ə istinadən bildirir ki, hadisə dünən axşam saatlarında Ağcabədi şəhərinin Sərdar Bünyadov küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan 1977-ci il təvəllüdlü Ramil Ədil oğlu Ağayevin asılmış meyiti aşkar edilib. Araşdırmalar zamanı onun intihar etdiyi məlum olub.

Yaxınlarının verdiyi məlumata görə, Ramil Ağayevin banklara külli miqdarda kredit borcu varmış.

Qeyd edək ki, R. Ağayev rayonda yerləşən 8 saylı orta məktəbdə idman müəllim işləyirmiş.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600