Müəllimənin şagirdlərlə “soyunub-geyinmə” OYUNU – Valideynlər ayağa qalxdı

media-hightechnic-468x90

Orta məktəb müəlliminin şagirdlərlə keçirdiyi “soyunub-geyinmə” oyunu böyük qalmaqala səbəb olub.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, olay Rusiyanın Saxalin vilayətindəki Tomari rayonunun Penza kənd məktəbində yaşanıb.

Məlumata görə, müəllimə şagirdlərə soyunmaq şərtilə “daş, qayçı, kağız” oyunu oynayıb. Bu barədə məlumatı həmin şagirdlərdən birinin anası yayıb.

O, valideynlərin bu hadisədən qəzəblənərək məktəb direktoruna müraciət etdiklərini, lakin ondan ağlabatan cavab ala bilmədiklərini deyib.

Hadisənin ictimailəşməsindən sonra əyləncə həvəskarı olan müəllimə işdən çıxıb. Hazırda vilayət prokurorluğu bu işlə əlaqədar təhqiqat aparır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600