Müəllimin şagirdinə qarşı etdiyi əxlaqsızlıq
Dərs dediyi şagirdlə intim münasibətdə olan daha bir müəllimə bu əyləncə baha başa gəlib.
İngiltərədə musiqi dərsi kabinetində qız şagirdi ilə sevişərkən yaxalanan tarix müəllimi işdən qovulub.
25 yaşlı tarix müəllimi Ceyms Mullen musiqi dərsi kabinetinin döşəməsində 16 yaşlı qız şagirdi ilə sevişərkən tutulub.
Bu hadisədən cəmi 5 ay əvvəl illik 38 min dollar maaş ilə işə düzələn C.Mullen sevişdiyi şagirdlə ilk dəfə Sevgililər Günündə öpüşdüyünü etiraf edib.
Amma təhqiqat zamanı C.Mullenin cinsi xarakterli cinayətinin bununla məhdudlaşmadığı, tarix müəllimin buna qədər 3 oxşar cinayətə görə həbsdə olduğu bildirilib.