!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müəllimlərin sertifikasiyasının keçirilməsində MƏQSƏD: "Heç kimi işindən etmək kimi bir niyyəti olmasa da..."

!Reklam – Yazi

“Keçənilki sertifikasiyada 743 müəllimin işinə xitam verilmişdi”.

Bu fikirləri müəllimlərin sertifikasiya imtahanına cəlb edilməsi barədə danışan təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, sertifikasiya prosesinin stimullaşdırılması maaşların qalxması, müəllimlərin vəzifəyə gəlib-gəlməməsi baxımından önəmli addımdır:

“Sertifikasiyada müəllimlərin göstəciləri onların aldığı maaşlara da təsir göstərir.

Digər tərəfdən, hansı valideyn savadı, göstəricisi aşağı olan müəllimin övladına dərs deməsini istəyər? Təbii ki, heç kim. Burada maddi baxımdan həm müəllimlər qazanır, həm də övladlarının dərs keyfiyyəti baxımından valideynlər. Baxsaq, görərik ki, sertifikasiya göstəricisi yüksək olan müəllimlərin şagirdlərinin yekun qiymətləri də qənatbəxş olur.

Düzdür, heç kimi işindən etmək kimi bir niyyəti olmasa da, Elm və Təhsil Nazirliyi məktəblərdə daha savadlı müəllimlərin dərs deməsində daha maraqlıdır. Buna görə də keçənilki sertifikasiyada 743 müəllimin işinə xitam verilmişdi. Həssas qrupa aid olan şəxslərə isə məktəbdə digər işlər-kitabxanaçı kimi vəzifələr həvalə olundu.

Sovet hökuməti dağıldıqdan sonra təhsildə keçid dövrü yaşandı. Müəllimliyi bitirmiş bir sıra şəxslər hər hansı vasitələrlə məktəblərdə vəzifə sahibi ola bilirdi. Lakin artıq bu proses təmizlənib. Sertifikasiya da məhz həmin prosesi təmizləmək üçün bir mexanizmdir. Ona görə də sertifikasiyada hər hansı mənfi axtarmaq lazım deyil. Düşünürəm ki, bu sertifikasiyadan kəsilənlərin sayı keçən ildən daha yüksək olacaq”.

İsmayıl Bakuvi

www.yenicag.az

2142
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv