Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Müğənni Ağdamın işğalı günü “Diriliş marşı” oxudu! - VİDEO

Səhnə adı Sivva olan bəstəkar-müğənni Sevinc Ağasıyeva vətənpərvərlik mövzusunda yeni layihəsini təqdim edib.

“Əziz müəllimim”, “Mehriban həkim” mahnılarının müəllifi bu dəfə hərbi geyimdə mahnı ifa edib.

“Diriliş marşı” adlanan mahnının sözləri şair Əyyub Qiyasa aiddir. Sənətçi son günlər Azərbaycan Ermənistan sərhəddində baş verən hadisələrdən təsirlənərək ərsəyə gətirdiyi mahnıya klip də çəkdirib. Ekran işində gənc istedadlı aktyor Türkay Cəfərli də rol alıb.

Klipdə həmçinin Tovuzda qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və digər şəhidlərimizin kadrları, ordumuzun gücünü əks etdirən video görüntülər də yer alıb.

www.yenicag.az

426