Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Müğənninin oğlunun törətdiyi qətllə bağlı ŞOK FAKT

3691b9b0-1ec0-4514-a6a7-598da35a2f80_2921Dünən Bərdə rayonunda törədilmiş qətl hadisəsinin səbəbi məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, mərhum müğənni Vidadi Bərdəlinin qeyri-rəsmi nikahdan dünyaya gəlmiş oğlu, 26 yaşlı Tural Allahverdiyev 24 yaşlı Məkan Rüstəmovu 85 manat pula görə qətlə yetirib.

Bəlli olub ki, müğənnini oğlu Bərdə rayon Mənzil Kommunal İstismar Sahəsində işləyib və məişət tullantılarının toplanması ilə məşğul olurmuş. O, tullantılar arasından topladığı butulka və əlvan metalları M.Rüstəmova satırmış. Beləliklə M.Rüstəmovun T.Allahverdiyevə borcu yaranıb.

Dünən T.Allahverdiyevlə M.Rüstəmov arasındakı münaqişə də məhz həmin alverdən yaranmış 85 manat borc üstündə baş verib. Əvvəllər xuliqanlıq etdiyinə görə məhkumluq həyatı yaşamış 26 yaşlı Tural bıçaqla M.Rüstəmova 3 zərbə endirərək onu öldürüb.

Loading...

www.yenicag.az

355
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100