Rusiya ilə Böyük Britaniyanın müdafiə nazirlərinin Ukrayna müharibəsindən 2 həftə əvvəl baş tutan danışıqlarının detalları açıqlanıb.
Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə onun britaniyalı həmkarı Ben Uollesin fevralın 11-də baş tutan danışıqlarının vacib məqamları ABŞ-nin “The Washington Post” qəzetində dərc olunub.
Məlumata görə, danışıqların gedişində Uolles Şoyqunu Ukraynaya hərbi təcavüz edəcəyi təqdirdə Rusiyanın inanılmaz müqavimətlə qarşılaşacağını bildirib.
Şoyqu isə cavabında: “Rusiya ilə Ukrayna eyni ölkədir. Mənim anam ukraynalıdır”, – deyərək hərbi müdaxilə planlarının olmadığını söyləyib.
Uollesin Rusiyanı gözləyən total sanksiyalar haqqında xəbərdarlığı da Şoyqunu narahat etməyib:
“Rusiyalılar başqalarının bacarmadığı qədər əzab çəkə bilərlər. Onların dözə bilməyəcəkləri şey Ukraynanın Qərbə yönəlməsidir”.
Bundan başqa, Şoyqu Uollesin NATO-nun genişləndirilməsi məsələsinin müzakirə məkanı ilə bağlı açdığı mövzuya da əhəmiyyət verməyib.
www.yenicag.az