“Hazırda ABŞ-nin əsas diqqəti Ukraynaya müdafiə olunmaqda yardım göstərməyə yönəlib”.
Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Ukrayna müharibəsinin davam etmə müddəti haqda danışan ABŞ-nin Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri general Mark Milli deyib.
Onun sözlərinə görə, ABŞ müharibənin aparılmasına dair əldə etdiyi bütün informasiyaları Ukrayna ilə bölüşür:
“Hədəflərin müəyyənləşdirilməsi və zərbələrin endirilməsi səlahiyyəti Ukraynaya məxsusdur. Bizim həyata keçirdiyimiz əsas iş vəziyyəti düzgün əks etdirən informasiyaların təqdim olunmasıdır.
Hazırda ABŞ-nin əsas diqqəti Ukraynaya müdafiə olunmaqda yardım göstərməyə yönəlib. Ukraynanın başladığı əks-hücum kampaniyası artıq həllediyi dövrə keçib. Çünki bir müddət ssonra yağış mövsümü başlayacaq. Bu isə quru əməliyyatlarının keçirilməsini xeyli çətinləşdirəcək.
Müharibə tərəflərdən birinin öz məqsədlərinə çatmasına, yaxud da tərəflərin danışıqlar masasına oturmalarına qədər davam edəcək. O zaman hələ yetişməyib”.
www.yenicag.az