!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müharibənin dünya iqtisadiyyatına zərbəsi: Zərər bu il 1 trilyon dollara çatacaq

!Reklam – Yazi

Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində dünya iqtisadiyyatına dəyən zərərin həcmi artacaq.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə nüfuzlu “The Economist” nəşrində dərc edilən təhlildə qeyd olunub.

Materialda bildirilib ki, 2021-ci ildə qlobal iqtisadi artım fonunda “Economist Group”in Tədqiqat Mərkəzi tərəfindən 2022-ci ildə dünya üzrə iqtisadi artımın 3,9 faiz olacağı proqnozlaşdırılırdı.

Lakin bu proqnozun açıqlanmasından cəmi 9 gün sonra Rusiyanın Ukraynaya hərbi təcavüzünün başlaması dünya iqtisadiyyatında artım gözləntilərini alt-üst edib: bahalaşma dalğası vüsət alıb və inflyasiya göstəriciləri artıb.

Bu səbəbdən 3,9 faizlik artım proqnozu 1,1 faiz azalaraq 2,8 faizə düşüb. Başqa sözlə, Rusiyanın Ukraynaya hərbi təcavüzü dünya iqtisadiyyatına 1 trilyon dollar ziyan vurub.

www.yenicag.az

683
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv