Mükafat Türkiyəyə getdi – Fotolar

media-hightechnic-468x90

yy767-ci Kann Film Festivalının “Qızıl palma budağı”nı türkiyəli rejissor alıb.

Bu gün başa çatan 67-ci Kann Film Festivalında “Qızıl palma budağı” mükafatını məşhur türkiyəli rejissor Nuri Bilgə Ceylan alıb.

Bir neçə dəqiqə bundan əvvəl yekunlaşan müsabiqədə N.B.Ceylana mükafatı dünya şöhrətli rejissor K.Tarantino və məşhur aktrisa U.Turman təqdim edib.

Mərasimdə çıxış edən aktyor aldığı mükafatı mayın 13-də Türkiyənin Manisa əyalətinin Soma şəhərində mədəndə baş verən partlayış zamanı həyatını itirən işçilərin və Gəzi parkı aksiyaları zamanı ölənlərin xatirəsinə həsr edib.

Xatırladaq ki, mayın 14-də başlayan festivalda N.B.Ceylanla bərabər Ken Loaç, Jan Luk Qodar, Devid Kronenberq, Mixail Xanazaviçus, Mayk Li kimi dünya şöhrətli rejissorların da filmləri iştirak edirdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600