!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Muradov barəsində hökmdən verilmiş şikayətlə bağlı QƏRAR

!Reklam – Yazi

Azərxalça ASC-nin İdarə Heyətinin sabiq sədri, həbs edildikdən bir müddət sonra ev dustaqlığında vəfat edən Vidadi Muradov barəsindəki hökmdən verilmiş şikayətə baxılıb.

Yenicag.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə araşdırılan şikayətlə bağlı qərar elan olunub.

Məhkəmə təqsirləndirilən şəxsin vəkillərinin cinayətin mahiyyətinə dair etirazlarını məqsədəuyğun sayılmaması qənaətinə gələrək apellyasiya şikayətini təmin etməyib. Vidadi Muradov barəsindəki birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.

Xatırladaq ki, ittihama görə, Muradov Vidadi Aydın oğlu Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunub.

V.Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.

Onkoloji xəstəliyi ilə əlaqədar təqsirləndirilən şəxs barəsində məhkəmə tərəfindən humanist qərar qəbul edilib və barəsindəki həbs qətimkan tədbiri dəyişdirilərək müalicəsinə şərait yaradılıb.

V.Muradov ötən ilin noyabrın 5-də vəfat edib. Bundan sonra məhkəmə onun həyat yoldaşını hüquqi varis kimi tanıyıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Bundan başqa Vidadi Muradovun özünə və yaxınlarıan məxsus 30 milyonluq əmlakları dövlət nəfinə müsadirə olunub.

www.yenicag.az

428
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv