!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Müsbət imici olan media qurumlarının və tanınmış jurnalistlərin adlarının reyestrə daxil edilməsi...” – Baş redaktordan TƏKLİF

!Reklam – Yazi

“Düşünürəm ki, bu narazılıqlar da dinlənilməli, ehtiyac varsa, qaydalara reallığa uyğun dəyişikliklər edilməlidir”.

Bu fikirləri Media Reyestri ətrafında gedən müzakirələrə münasibət bildirən “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Baş redaktorun fikrincə, reyestin yaradılması prosesində mediamızda söz sahibi olan təcrübəli həmkarlarımızı incitmək lazım deyil:

“Media Reyestri ilə bağlı müzakirələri mən də izləyirəm. Qanun qəbul olunub və onun icrası ilə bağlı addımların atılması təbiidir. Bu sahədə peşəkar fəaliyyətlə məşğul olanların hamısı yaranmış durumun dözülməzliyini, səliqə-sahman yaradılmasına ehtiyacı olduğunu etiraf edir.

Həqiqətən də, son illərdə media sahəsində xaotik bir durum yaranıb. Reyestrin yaradılması bu istiqamətdə tənzimləyici addım ola bilər. Bu baxımdan, atılan addımları dəstəkləyirəm.

Eyni zamanda, yeni sistemlə bağlı problemlərlə üzləşən həmkarlarımızın da narahatlığını görürəm. Düşünürəm ki, bu narazılıqlar da dinlənilməli, ehtiyac varsa, qaydalara reallığa uyğun dəyişikliklər edilməlidir. Müsbət imici, tarixi olan media qurumlarının, tanınmış jurnalistlərin adlarının reyestrə daxil edilməsi ilə bağlı problemlər aradan qaldırılmalıdır.

Elə etmək lazımdır ki, mətbuatımızın adına utanc gətirən, medianı hörmətdən salan, üzdəniraq fəaliyyətlə məşğul olanlar reyestrə düşməsinlər. Reyestr vasitəsilə mətbuatımız məhz onlardan təmizlənsin. Bu prosesdə mediamızda söz sahibi olan təcrübəli həmkarlarımızı incitmək lazım deyil.

Ümid edirəm ki, proses irəlilədikcə, bu istiqamətdə müəyyən addımlar atılacaq və son günlər müşahidə olunan narazılıqlar aradan qaldırılacaq. Elə etməliyik, reyestrin formalaşdırılmsı təkcə Media Agentliyinin işi kimi görünməsin, bu işdə bütün ciddi mətbuat cameəsi maraqlı görünsün”.

A.Zeynalov

www.yenicag.az

362
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv