“Musiqi deyəndə ilk ağıla gələn Azərbaycandır” – urfalı tanınmış sənətçi Said Çelik

media-hightechnic-468x90

10172852_10203877328349789_6428506567551265094_nSaid Çelik Şanlı Urfanın tanınmış sənətçilərindən biridir. Bakıda təhsilini davam etdirən sənətçi Yenicag.az-a müsahibə verib.

– Özünüz haqqında məlumat verə bilərsinizmi?

– Mən Şanlıurfa şəhərinə bağlı Haliliyə bələdiyyəsinin mədəniyyət və sosial iş konservatoriya birliyində çalışıram. Xalq rəqsləri və musiqi müəllimi kimi müxtəlif məktəblərdə fəaliyyət göstərirəm. Müxtəlif layihələrlə Urfanın mədəniyyətini Türkiyənin daxilində və xaricində tanıdıram.

– Azərbaycanda təhsil almağınızın səbəbi nədir?

Musiqi deyəndə ilk ağıla gələn Azərbaycandır. Keçmişdən bu günə qədər muğam və sənət baxımından çox irəliləyib. Burada musiqiyə, sənətə yetərincə önəm verildiyini görürəm. Hər zaman deyirəm ki, bir millətin sarsılmaz təməl daşlarında biri də xalq rəqsləridir. Təhsilimi bitirib Urfaya döndükdən sonra buradakı mədəniyyəti də təbliğ edəcəyəm.

– Urfa nəyi ilə məşhurdur?

– Urfa mozaik bir şəhərdir. Mədəniyyətin beşiyi. Peyğəmbərlər diyarı. Musiqinin qəlbi. Urfa musiqisi ilə, xalq rəqsləri ilə sərhədsiz bir məkandır. Həmçinin mətbəxi, qonaq evləri ilə insanın qəlbinə yol açan bir şəhərdir. Çiğ köftəsi ilə damaqlara acılıq verən, lakin şirniyyatı ilə dilləri şirin edən bir şəhərdir. Balıqlı gölü ilə dillərə dastan olan bir şəhərdir. Nemrudu qalasından yıxan, oradan yüksələn ilahi havanın şəhəridir.

– Urfa- Bakı mədəniyyət xəttinin qurulması üçün hansı layihələr ehtiyac var?

Urfa-Bakı mədəniyyətinin yayılması və yaşadılması üçün mədəniyyət festivalları keçirilməlidir. Mədəniyyətlər arasında körpü qurmaq lazımdır. Məsələn Urfada haliliyə bələdiyyəsi tərəfindən həyata keçirilən festivallarda Bakıdan iştirak edəcək insanlar olmalıdır. Bütün bunlar şərtdir. Mədəniyyət və İncəsənət Universiteti və digər Azərbaycan universitetləri ilə Urfa universitetləri və sənət mərkəzləri arasında əlaqə mütləq qurulmalıdır. Bütün bunlar reallaşandan sonra əminəm ki, mədəniyyətlər daha da inkişaf edəcək.

– Sizi narahat edən bir mövzu varmı?

– İki ölkə arasında viza rejimi aradan qalxsa hər şey mükəmməl olar.

 

Söhbətləşdi: Sevər ŞAKİRQIZI

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600