!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mutasiyaya uğramış virusun adı bəlli oldu

!Reklam – Yazi

İngiltərə səhiyyə institutları tərəfindən virusa B.1.1.7 SARS-CoV-2 adı verilib və 70% daha çox yoluxucu ola bilər.

Yenicag.az xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Boris Conson deyib.

O, xəstəliyin klinikliyini, risk qruplarını və şiddətini dəyişib-dəyişməyəcəyi ilə bağlı məlumatın olmadığını bildirib.

Böyük Britaniyanın səhiyyə naziri Mett Hankok da mutasiyaya uğramış virusun peyvəndlər vurulana qədər nəzarət altına alınmasının çətin olacağını vurğulayıb.

Nazir hər kəsin COVID-19 yeni başlayırmış kimi tədbirli davranmalı olduğunu qeyd edib:

“Tədbirli olmadıqca yeni mutasiya növünü nəzarət altına ala bilmərik. Məhdudiyyətləri qarşıdakı bir neçə ayda da davam etdirməyi planlaşdırırıq”.

Qeyd edək ki,  Niderland, Fransa, İtaliyadan sonra İsveç, Bolqarıstan, Latviya, Avstriya, Almaniya, Estoniya da Böyük Britaniya ilə gediş-gəlişi dayandırıb. Britaniyadan başqa, Danimarka, Niderland və Avstraliyada da mutasiyaya uğramış yeni növ virus aşkarlanıb.

www.yenicag.az

639
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv