!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müttəfiqlərdən Ukraynaya TÖVSİYƏ: “Baxmutdan çıx və əsas diqqəti...”

!Reklam – Yazi

Qərb dövlətləri Ukraynanı Donbasdakı Baxmut şəhərinin müdafiəsinə vaxt və resurs sərf etməməyə çağırıblar.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ və bir sıra Qərb ölkələrinin, o cümlədən Ukraynanın rəsmi şəxslərinə əsaslanan CNN yayıb.

Qeyd olunur ki, müttəfiq dövlətlər Ukraynanı Baxmutun müdafiəsini dayandırmağı və cənub istiqamətində hücum əməliyyatlarına başlamağı tövsiyə ediblər:

“ABŞ-nin və Qərb dövlətlərinin rəsmi şəxsləri Ukraynaya şərqdə yerləşən, ağır döyüşlərin getdiyi Baxmutun müdafiəsini dayandırmağa və yeni taktika plana uyğun olaraq əsas diqqəti müttəfiqlərin göndərdiyi, dəyəri milyardlarla dollar olan hərbi texnika ilə cənub istiqamətinə hücuma yönəltməyi tövsiyə ediblər”.

Bildirilir ki, son altı ayda səngiməyən ağır döyüşlər nəticəsində Baxmut şəhəri tamamilə dağıdılıb və tərəflərdən heç biri üstünlük qazana bilməyib.

Qərb ölkələrindən birinin yüksək ranqlı kəşfiyyat məmurunun sözlərinə görə, Baxmutda “ağır və üzücü” döyüşlər gedir. Tərəflər hər gün 100-400 metr irəliləyərək, yaxud da geri çəkilərək artilleriyadan minlərlə atəş açırlar.

www.yenicag.az

302
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv