Müxalifət İctimai Palatanın “dirilməsi”ndə maraqlıdır?

media-hightechnic-468x90

11733375_10206075070548547_15741075_nElman Fəttah: “Qeyri-ciddi açıqlamadır”

Nürəddin Məmmədli: “Lüzum görmürəm”

Son zamanlar seçkilər yaxınlaşdıqca özəyi Müsavat Partiyası ilə AXCP-dən ibarət olan İctimai Palatanın (İP) yenidən bərpası məsələsi gündəmə gəlib. Bir çox siyasilər bu qurumun yenidən fəaliyyət göstərməsinin vacib olduğunu iddia edir. Görəsən, vaxtı ilə sözügedən qurumda təmsil olunan Müsavat Partiyası və AXCP rəsmiləri İP-nin bərpasına necə baxırlar? Bu mümkündürmü?

Yenicag.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Elman Fəttah İP-nin bərpasının mümkün olmadığını bildirdi : “İctimai Palatanın yenidən bərpa edilməsi ilə bağlı səslənən fikirlər qeyri-ciddi açıqlamadır. Hazırda İctimai Palata mövcud deyil. Onun yenidən bərpası ideyası da ortalıqda yoxdur. Belə bir tələb də mövcud deyil, siyasi sifariş də yoxdur”.

AXCP sədrinin müavini Nürəddin Məmmədli də İP-nin bərpasına lüzum görmədi: “Bu məsələ hələlik partiya daxilində müzakirə olunmayıb. Ona görə ancaq şəxsi münasibətimi bildirə bilərəm. Bu gün müxalifətçilik mövqeyində dayanan siyasi və ictimai təşkilatlar Milli Şurada təmsil olunub. Onun alternativini yaratmaq, vaxtilə böyük həyəcanla dağıdılan bir qrupu yenidən bərpa etməyə lüzum görmürəm. İstənilən halda müzakirə üçün mövzu açıqdır. Müraciət olunsa yəqin ki, partiyada məsələ müzakirə olunacaq. Amma şəxsən İP-nin bərpasına ehtiyac görmürəm”.

ELÇİN

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600