Paşinyan: "Biz Rusiyaya qarşı hərəkət etməyəcəyik, lakin..."

media-hightechnic-468x90

Ermənistanın Baş naziri Nikol Paşinyan əmin edib ki, heç bir qüvvə İrəvanı Moskva ilə qarşıdurmaya cəlb edə bilməz.

Yenicag.az xəbər verir ki, Paşinyan bu barədə Ermənistan İctimai Televiziyasına müsahibəsində danışıb.

“Rusiya ilə münasibətlərə dair strateji baxışımızı bölüşmək istərdim. Biz bütün platformalarda bütün tərəfdaşlara bu fikri çatdırırıq: bizim Rusiya Federasiyasına və onun maraqlarına zərər vurmaq gündəmimiz olmayıb, yoxdur və olmayacaq. Bu istisna olunur. Heç kim bizi Rusiyaya qarşı hərəkət məntiqinə sala bilməz”, – o bildirib.

Paşinyan vurğulayıb ki, Ermənistan hakimiyyəti rusiyalı tərəfdaşlarını ölkənin Rusiya ilə münaqişəyə girməyəcəyinə və ya mübahisə etməyəcəyinə inandırıb, çünki mövcud münasibətləri yüksək qiymətləndirir. Bu kontekstdə o, Rusiya Prezidenti Vladimir Putin və baş nazir Mixail Mişustinlə çox isti münasibətlərinin olduğunu qeyd edib.

“Bu bizim strategiyamızdır. Biz Rusiyaya qarşı hərəkət etməyəcəyik, lakin həmişə Ermənistan Respublikasının maraqları naminə hərəkət edəcəyik”, – deyə hökumət başçısı izah edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05