Müxalifət Novxanıda toplanacaq

media-hightechnic-468x90

jhjijDemokratik Qüvvələrin Milli Şurası M.Ə. Rəsulzadənin Novxanı qəsəbəsindəki abidəsini ziyarət edəcək. 

Bu barədə məlumat  Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Güləliyev verib. 

O deyib ki, 28 may – Respublika Günü ilə əlaqdar sabah Milli Şura Novxanıda Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsinin qarşısında toplanacaq. 

“El” hərəkatı da qeyd olunan günlə bağlı M.Ə. Rəsulzadənin abidəsini ziyarət edəcəklər. Bu barədə isə  hərəkatın sədri Eldar Namazov açıqlama verib. O deyib ki, təmsil etdiyi qurum artıq bununla bağlı işləri yekunlaşdırıb. 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600