“Növbədənkənar qurultayın çağırılması hakim partiya rəhbərinin “köhnə yüklərdən” azad olmaq istəyindən irəli gəlir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayının çağırılmasına münasibət bildirən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.
Əli Əliyev qeyd edib ki, qurultayın keçirilməsi hakim partiya rəhbərinin “köhnə yüklərdən” azad olmaq istəyindən irəli gəlir:
“Mən YAP-da hər hansı dəyişikliyin olacağını gözləmirəm. Sadəcə olaraq, əvvəlki siyasətin yeni versiyada davam edəcəyi ehtimalı yüksəkdir.
Növbədənkənar qurultayın çağırılması zərurəti də oradan irəli gəlir ki, YAP “köhnə yüklərdən” azad olmaq istəyir.
Yəqin ki, köhnə komandanın üzvlərini YAP sıralarından təmizləmək istəyirlər”.
Aqil Bəkir