Müxbir ayağından güllələndi
Qəzet müxbiri olan Adəm Özkösə Hələbdə proqram üçün anons çəkən zaman yanındakı döyüşçü qarşı tərəfdən atılan güllə ilə ayağından vurulub
“TRT Türk” kanalında yayımlanan “Yeni Rota” proqramının müəllifi və aparıcısı olan Adəm Özkösə və çəkiliş qrupu Hələb şəhərində iti nişan alan atıcının hədəfi olub.
Atışmanın ən sıx yaşandığı bölgələrdən biri olan Leyramunda baş verən hadisədə verilişin aparıcısı Adəm Özkösə və ona çəkiliş qrupundakı Ebu Mustafa adlı bir şəxsin yaralanması anbaan kameralara düşüb.
Görüntülərdə Özkösənin veriliş üçün anons çəkərkən iti nişançının atəş açdığı və barreli deşən güllənin səslə birlikdə müqavimət göstərən döyüşçüləri vurduğu görünür.
“Şam Cəbhəsi” tərəfdə çəkiliş edən operator Əbu Mustafanın ayağından vurulduğu, müxbirin isə üzündən və ayağından yüngül yaralandığı görünür(a24.az).