Azərbaycan Respublikasının Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilova Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel tərəfindən Türk Dünyası Mediatorlar Birliyinin sədr müavini seçilməsi münasibəti ilə plaket və sədr müavini möhürü təqdim edilib.
Yenicag.az xəbər verir ki, Yakup Erikel qeyd edib ki, Nadir Adilovun bu vəzifəyə seçilməsi barədə qərar Türk Dünyası Mediatorlar Birliyinin 15 yanvar 2024 – cü ildə keçirilən İdarə Heyətinin iclasında qəbul edilib və layiq görülüb.
Yakup Erikel bildirib ki, Nadir Adilovun Türkiyə Cümhuriyyətinə səfəri zamanı onun Türk Dünyası Mediatorlar Birliyinin yaradılması sahəsindəki rolu və bu prosesdə iştrirakı nəzərə alınıb. Yakup Erikel eyni zamanda Nadir Adilova Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti mediatorları arasında səmərəli əməkdaşlığın qurulmasındakı roluna görə də təşəkkür edib.
Çıxış edən Nadir Adilov Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikelə təşəkkür edib və bu vəzifənin böyük bir mənəvi məsuliyyət olduğunu qeyd edib. Nadir Adilov qeyd edib ki, Türk Dünyası Mediatorlar Birliyinin formalaşması Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikasının mediatorlarını qürurlandıran bir hadisədir və türk dünyasında mediasiya prosesləri sahəsində inteqrasiyanın və geniş təcrübə mübadiləsinin aparılması və əməkdaşlıq üçün çox gözəl bir platformadır.
www.yenicag.az