"Napoli" - "Qarabağ" oyunu bərpa edildi - YENİLƏNDİ

media-hightechnic-468x90

UEFA Gənclər Liqasının əsas mərhələsində “Napoli” və “Qarabağ”ın U-19 komandaları arasında keçirilən V tur oyunu bərpa olunub.

Ağdam klubundan Yenicag.az-a verilən məlumata görə, 61-ci dəqiqədə güclü yağış səbəbindən dayandırılan qarşılaşma davam edir.

Qeyd edək ki, bu gün “Napoli” və “Qarabağ”ın əsas komandaları Çempionlar Liqasının liqa mərhələsində üz-üzə gələcəklər. Həmin görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

***

UEFA Gənclər Liqasının əsas mərhələsində “Napoli” və “Qarabağ”ın U-19 komandaları arasında keçirilən V tur oyununda məcburi fasilə yaranıb.

Ağdam klubundan Yenicag.az-a verilən məlumata görə, qarşılaşma 61-ci dəqiqədə güclü yağış səbəbindən dayandırılıb. Matçın keçirildiyi “Cuzeppe Pikkolo” stadionunun ot örtüyü süni olduğundan matçı davam etdirmək mümkün olmayıb.

Paltardəyişmə otağına yollanan komandalar hakimin qərarını gözləyirlər. Hazırda hesab “Napoli”nin xeyrinədir – 1:0.

Qeyd edək ki, bu gün “Napoli” və “Qarabağ”ın əsas komandaları Çempionlar Liqasının liqa mərhələsində üz-üzə gələcəklər. Həmin görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa