Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Nar” mətbuat nümayəndələrini təbrik etdi - FOTOLAR

Milli Mətbuat Günü münasibətilə “Nar” mətbuat nümayəndələri üçün xüsusi tədbir təşkil edib.

Yenicag.az xəbər verir ki, 32 media orqanını təmsil edən 58 mətbuat nümayəndəsinin iştirakı ilə xüsusi əyləncəli bilik yarışması keçirilib. Yarışmada ümumi biliklərlə yanaşı, milli və dünya mətbuatının tarixi əhatə olunub.

“Nar” mətbuat xidmətinin rəhbəri Əziz Axundov təbdirdə çıxış edərək media nümayəndələrini bayram münasibətilə təbrik edib. Ə.Axundov hər zaman “Nar”-ın nailiyyətlərini işıqlandırdıqlarına görə media orqanlarına minnətdar olduqlarını qeyd edərək “Nar”-ın mətbuatla əlaqələrə xüsusi diqqət yetirdiyini bildirib.

2 saatdan çox davam edən bilik müsabiqəsində hər biri 5 nəfərdən ibarət, 12 komanda iştirak edib. “Molla Nəsrəddin”, “Həyat” və “Şərqi rus” komandaları müvafiq olaraq, 1-ci, 2-ci və 3-cü yerləri tutublar. Qalib komandalar “Nar”-dan dəyərli hədiyyələr qazanıb.

Qeyd edək ki, 22 İyul Azərbaycan Respublikası Milli mətbuat və Jurnalistika günü qeyd olunur. Bu gün milli mətbuat tarixinin başlanğıcı hesab olunan Həsən bəy Zərdabinin 1875-ci ildə təsis etdiyi “Əkinçi” qəzetininin ilk sayının nəşr edildiyi gündür.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.yenicag.az

1166
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS