!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Nar & Sharab” restoranında nişanın keçirilməsi barədə iddiaya CAVAB

!Reklam – Yazi

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə mübarizə məqsədilə müəyyənləşdirdiyi qaydalara zidd olaraq son vaxtlar paytaxtın bir neçə məşhur restoranında adamların kütləvi şəkildə iştirak etdikləri toy və nişan mərasimlərinin keçirildiyi barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

Bakıda ictimai iaşə xidmətləri göstərən “Nar & Sharab” və “Sapphire Zagulba” restoranlarının administrasiyası bununla əlaqədar olaraq bildirir ki, bu restoranlarda Operativ Qərargahın bütün qərarları dəqiqliklə icra edilir.

“Sərt karantin rejimi dövründə “Nar & Sharab”da və “Sapphire Zagulba”da heç bir kütləvi tədbir, toy və nişan məclisi təşkil edilməyib. Operativ Qərargah tərəfindən qoyulan qadağa götürlmədiyi müddətdə belə məclislərin təşkil edilməsi ilə bağlı hər hansı müraciətə baxılması mümkünsüzdür”, restoranların administrasiyalarının bəyanatında bildirilir.

Qeyd edək ki, hazırda “Sapphire Zagulba” hoteli bağlıdır və fəaliyyət göstərmir.

“Nar & Sharab” və “Sapphire Zagulba” restoranlarının administrasiyası yalan və saxta məlumatların yayılmasını qəti şəkildə pisləyir, bunu ölkəmizdə ictimai sabitliyin və əmin-amanlığın pozulmasına qəsdən yönəlmiş hərəkət hesab edir.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov KİV-ə açıqlamasında bildirib ki, bütün bu kütləvi tədbirlər haqqında polisə məlumat daxil olub: “Polis əməkdaşları tərəfindən tədbirin keçirilməsinin qarşısı alınıb. Bunlar sadəcə cəhdlərdir, toy mərasimi keçirilməyib”.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat katibi, polis mayoru Elşad Hacıyev isə bildirib ki, avqustun 19-da Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən bir restoranda toy mərasimi keçirildiyi aşkarlanıb: “Polis əməkdaşları yoxlama zamanı ora yaxınlaşıb və müəyyən olunub ki, qohumların iştirakı ilə 70 nəfərlik masa sifariş olunub. Bunun qarşısı alınıb və həmin şəxslər inzibati məsuliyyətə cəlb olunub. Digər restoranlarda mərasim keçirilməsi haqda məndə məlumat yoxdur”.

www.yenicag.az

628
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv