Nardaranda əməliyyat keçirildi

media-hightechnic-468x90

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, bu istiqamətdə Sabunçu rayon polis idarəsinin 42-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında aprelin 19-da keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan İsrayıl Səmədzadənin həyətindən torpağa basdırdığı “Patent” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Bunula yanaşı, aparılan profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbə sakini Hüseyn Hüseynov müvafiq sənədləri olmayan “TOЗ-16” markalı ov tüfəngini könüllü olaraq 42-ci PB-yə təhvil verib.

Faktlarla bağlı araşdırmalar aparılır.

 

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600