Reklam

Reklam

polis6Nardaranda baş verən silahlı insident nəticəsində ölən və yaralananlar arasında polis əməkdaşlarının olduğu deyilir.

Hadisə nəticəsində yaralananlar hazırda Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasındadırlar. Xəstəxanadan verilən məlumata görə, daxil olmuş xəstələrdən 2-si dünyasını dəyişib. Onlar arasında polis əməkdaşının da olduğu deyilir.

Həmçinin yaralananlar arasında da polis əməkdaşlarının olduğu bildirilir.

***

Sabunçu Rayon Polis İdarəsindən Teleqraf.com-a bildiriblər ki, Nardaranda əməliyyatı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları keçirib. Əməliyyat zamanı baş verən silahlı insidentdə idarənin 2 əməkdaşı güllələnərək öldürülüb. 10-dan çox yaralı var. Yaralılar arasında Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəsi müavini Sadiq Heydərov da var. Əməliyyat zamanı çoxlu sayda silahlı şəxs həbs edilib.
***

Nardaranda baş vermiş silahlı insident nəticəsində dörd polis əməkdaşının həlak olduğu bildirilir.

Polisə müqavimət göstərən radikal qrupun Abbas adlı bir üzvü də öldürülüb.

Radikal qrupun üzvləri polisə qumbara atıb, sonra isə atəşə tutublar.

Atışma zamanı daha bir neçə nəfər yaralanıb.

Onların arasında polis əməkdaşları da var.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 158
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."