Narkobaronların müqəddəs məbədi-FOTO
Meksikada Vatikanın qəbul etmədiyi Malverdə adlı bütə sitayiş getdikcə daha da böyüyür. Belə ki, 1909-cul ildə öldürülən Malverdə adlı keşiş sonradan bütləşdirilir. Hər ayın əvvəlində yüzlərlə insan bütün yerləşdiyi məbədə ziyarətə gəlir.
Versiyalara görə, Malverde polis tərəfindən vəhşicəsinə öldürülüb. Müəyyən müddət sonra onun türbəsi qeyri-qanuni işlərlə məşğul olan insanların sığınacağına çevrilir.
Bu gün isə həmin türbə bir növ müqəddəs ziyarətgaha çevrilib. Yüzlərlə insan bütə dualar edir. Hətta meksikalıların əksəriyyəti bədənlərinə Malverdenin rəsmi olan döymə etdirirlər. Evlərində onun portretini asırlar.
Malverdenin bütünü daha çox qeyri-qanuni əməllərlə məşğul olanlar müqəddəs hesab edir. Belə insanlar düşünür ki, müqəddəs Malverde onları bağışlayacaq. Daha çox narkotik ticarətçilərinin ziyarətgah yerinə çevrilib, desək yanılmarıq.
Qeyd edək ki, katolik kilsəsi sözügedən bütə sitayişi qadağan edir.