Narkokuryerlik edən tiktoker saxlanıldı

media-hightechnic-468x90

Binəqədidə narkokuryerlik etdiyi üçün saxlanılan tiktokerdən 6 kiloqram narkotik vasitə aşkarlanıb.

Yenicag.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat zamanı 28 yaşlı Səbuhi Balakişiyev saxlanılıb. Ondan 2 kq 885 qram heroin, 1 kq 230 qram tiryək və 2 kq 765 qram marixuana aşkarlanıb. S.Balakişiyev narkotikləri “TikTok” sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan xarici ölkələrədən birinin vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı Cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Binəqədi rayonunda keçirilən sonuncu tədbirlər zamanı narkotiklərlə əlaqəli ümumlikdə 27 fakt aşkar edilib. Həmçinin, Binəqədi rayonunda polis əməkdaşları tərəfindən əhali arasında aparılan profilaktik tədbirlər zamanı 25 ədəd odlu silah vətəndaşlar tərəfindən polisə təhvil verilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600