!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Narkomanların məskəninə çevrilən keçmiş Baş idarə: Rəsmi sənədlər ortalıqda qalıb - REPORTAJ / FOTO

!Reklam – Yazi

“Seçin: Cənnət, yoxsa cəhənnəm”.

Narkomanların məskən saldığı binanın içərisinə daxil olursan və divarda bu sözlərlə qarşılaşırsan. Sağ tərəf cənnət, sol tərəf isə cəhənnəmdir. Cənnət sayılan otaqlar işıqlıdır, cəhənnəm isə qara pərdələrlə örtülmüş pəncərədən ibarətdir. Yəni qaranlığı cəhənnəm hesab edirlər.

Söhbət haradan gedir? Bakı şəhəri Səbail rayonu Xanlar küçəsində yerləşən Bakı şəhər İcra Hakimiyyətinin Şəhərsalma, Memarlıq və Arxeologiya Abidələrinin Bərpası üzrə “Bərpaçı” Baş idarəsinin keçmiş binasından.

İdarə Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2000-ci il tarixli 270 nömrəli Fərmanı ilə ləğv edilib. İdarənin inzibati binası hazırda İçərişəhərdə yerləşir, ləğv edildiyi üçün işləmir. Ancaq idarənin keçmiş inzibati binası və bütün sənədlər ortalıqda qalıb.

Nəinki qurumun özünə aid sənədlər, 1991-92, 1994-cü ilə aid bütün sənədlər ayaqaltı olub. Bakıdakı tarixi və mədəniyyət abidələrinin bərpası planlarının hansını görmək istəyirsinizsə, gedib narkomanların oylağına çevrilmiş binanı ziyarət edə bilərsiniz. Təsəvvür edin, Qoşa Qala qapısının bərpası planı, Şirvanşahlar Sarayının bərpası planı, sxemlər, çertyojlar – hamısı olduğu kimi ortalıqda qalıb.

Hesab edək ki, o sənədlərin dövlət üçün əhəmiyyəti yoxdur, onların o formada tökülüb-dağılması nə qədər doğrudur?

İdarə ləğv olunub, inzibati binanın yeri dəyişdirilib, ora heçmi nəzarət edən bir qurum yoxdur? Sanki binanın narkomanların asudə vaxtını səmərəli keçirməsi üçün boşaldıblar. Narkomanlar da, əslində, çox insaflıdır. “Mal” qəbul edəndən sonra yaxşı ki qızışmaq üçün ocaq qalamırlar. Yoxsa binanın hər yeri yanmağa hazır kağızlar, taxtalarla doludur.

Binanın içərisində köhnə sənədlərlə yanaşı, şprislər də N qədərdir. Bir zamanlar tarixi və mədəniyyət abidlərinin bərbası ilə məşğul olan binanın içərisində “uçuşa keçmək” özü də ayrı aləmdir.

Hazırda xarabalığı xatırladan, narkomanların məskəni olan bu inzibati binalara, eləcə də əraziyə kimlərin nəzarət etməsi sual doğurur…

Səxavət Məmməd
Foto: Fariz Faiqoğlu

www.yenicag.az

698
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv