!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Narkotik və psixotrop maddələrlə bağlı hesabat təqdim edildi- VİDEO

!Reklam – Yazi

Bu gün Bakıda “Yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə dərəcəsinin qiymətləndirilməsi üzrə analitik hesabat”ın təqdimat keçirilib.

Yenicag.az xəbər verir ki, təqdimat mərasimini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova açıq elan edib.

Bahar Muradova çıxışında narkomaniya ilə mübarizədə ciddi addımların atılmasına baxmayaraq, gənclər və yeniyetmələr arasında narkomaniyaya marağın artdığını bildirib. Bahar Muradova vurğulayıb ki, 2021-ci ilin dekabr ayına qədər qeydiyyatda olan 34 min 602 nəfər narkotik istifadəçisi var. Onlardan 556-sı qadındır. Azərbaycan dövləti bu cür problemin mövcudluğunu qəbul edib və qarşısını almaq üçün müvafiq addımlar atır.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, öz növbəsində, qeyd edib ki, ölkə başçısının fərmanına əsasən, yetkinlik yaşına çatmayanlar üçün yeni yoxlama metodu tətbiq olunub. Belə ki, iyulun 1-dən etiabrən hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçiriləcəklər. Eyni zamanda, hərbi qulluqçular məcburi narkoloji müayinədən keçiriləcək. Bu, narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədi daşıyır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov çıxışı zamanı vurğulayıb ki, hazırda narkotik vasitələrin zərəri barədə müxtəlif təbliğat materialları, narkotikin antireklamı, videoçarxlar ictimailəşdirilir.

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev isə çıxışında bildirib ki, bəzi məktəblərdə bloqerlər və keçmiş maddə istifadəçiləri narkotik maddələrlə bağlı maarifləndirici tədbirlər keçirirlər.

Təqdimat mərasimində ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Hesabat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası tərəfindən hazırlanıb.

Gülşən Şərif
Cavid Qaçayev

www.yenicag.az

955
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv