Narkotikin təsiri altında avtomobil sürənlərin cəzalandırılması qaydaları dəyişdirildi

media-hightechnic-468x90

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, layihəyə əsasən, narkotikin təsiri altında avtomobil sürənlərin 600 manat cərimələnməsi, sürücülük hüququnun 6 ay məhdudlaşdırılması, narkotikin təsiri altında ictimai nəqliyyat idarə edənlərin sürücülük hüququnun 2 ilədək məhdudlaşdırılması, sürücülük hüququ olmayanlar narkotikin təsiri altında avtomobili idarə etdikdə, onların 800 manat cərimələnməsi, sürücülük hüququ olmayanlar narkotikin təsiri altında ictimai nəqliyyatı idarə etdikdə, onların 6 ayadək inzibati həbs olunması, narkotikin təsiri altında olduqları halda tibbi müayinədən imtina edənlərin sürücülük hüququnun 1 ilədək məhdudlaşdırılması və digər cərimə və cəzalar nəzərdə tutulur.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05