NASA-nın Ay missiyasında rekord: Ekipaj Yer kürəsindən ən uzaq məsafəyə çıxdı

media-hightechnic-468x90

“Orion” kosmik gəmisi ilə həyata keçirilən “Artemis II” missiyası Ayın cazibə təsiri zonasına uğurla daxil olub.

media-banner_tuq

Yenicag.az NASA-nın rəsmi saytına istinadən xəbər verir ki, ekipaj Yer kürəsindən ən uzaq məsafəyə uçuş üzrə yeni rekord müəyyən ediblər.

Bildirilir ki, “Artemis II” ekipajı pilotlu missiyalar tarixində ən böyük məsafəyə çataraq “Apollo 13” missiyasının rekordunu geridə qoyub.

Məlumata görə, ekipaj üzvləri Yer kürəsindən təxminən 406 608 km uzaqlaşıblar. Bu göstərici 1970-ci ildə “Apollo 13” missiyasının nailiyyətini 6 437 km üstələyir. Uçuş zamanı “Orion” kosmik gəmisi astronavtlarla birlikdə Aydan 8 047 km daha uzağa uçub.

Aya uçan “Artemis II” missiyasının astronavtları həmçinin peykin (Ayın) Yerdən görünməyən tərəfini çəkiblər./Oxu/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05